İQTİSADİYYAT


Apreldə 143 milyon dollarlıq qeyri-neft məhsulu ixrac olunub

Bakı, 24 may, AZƏRTAC

Apreldə 377 şirkət tərəfindən 143 milyon ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın ikinci sayında yer alıb.

Aprel ayı üzrə ixrac olunan əsas mallar - qızıl, təzə və ya soyudulmuş tomat, kimya sənayesi məhsulları, elektrik enerjisi, fındıq, pambıq lifi, şəkər, alüminium, xurma, alma və s. Aprel ayında qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya qərarlaşıb.

Qeyd edək ki, 4 ay ərzində qeyri-neft sektoru üzrə ixrac 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz artıb. Bu ixrac əməliyyatlarında 846 şirkət iştirak edib. Dörd ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

Bu ilin 4 ayı ərzində Rusiya və Türkiyəyə 100 milyon ABŞ dollarından çox qeyri-neft sektoruna aid mal ixrac olunub. 4 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen tutur (34,1 milyon ABŞ dolları həcmində ixrac olub). İkinci yerdə təzə və ya soyudulmuş tomat, (33,8 milyon ABŞ dolları həcmində ixrac olub), ixrac həcmi 28 milyon ABŞ dolları olan qabığı təmizlənmiş fındıq isə 3-cü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.