REGİONLAR


Aramsız yağan yağışlar nəticəsində Kürdə suyun səviyyəsi qalxıb

A+ A

Neftçala, 21 oktyabr, Mahir Babayev, AZƏRTAC

Son günlər aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi xeyli qalxıb. Bu, çayın aşağı axarında, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində özünü daha çox büruzə verir.

Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a verilən məlumata görə, təkcə son bir həftə ərzində suyun səviyyəsi çayın Salyan rayonunun ərazisindən keçən hissəsində 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb.

Çayın səviyyəsinin qalxması rayonlar üçün təhlükə yaratmasa da, aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.