CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb
Bakı, 10 mart, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-180, Kiçik Qafqazın çaylarında 210-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-210 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, martın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 230 kubmetr olmaqla ongünlük normanın 95 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr olmaqla ongünlük normanın 66 faizini təşkil edir.
Martın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 2, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 20 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 398, Şirvanda 263, Salyanda 200, Bankədə 188, Araz çayının Novruzlu məntəqəsində isə 103 santimetr təşkil edir.