CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi qalxıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-140, Kiçik Qafqazın çaylarında 80-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 110 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 90 kubmetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsinin 7 santimetr qalxdığı müəyyən edilib.
Kür çayının aşağı axınında isə mühüm dəyişiklik baş verməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 344, Şirvanda 203, Salyanda 137, Bankədə 163, Novruzlu məntəqəsində isə 73 santimetrdir.