CƏMİYYƏT


Artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin istirahətə  göndərilməsi təmin olunub

Bakı, 5 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan 100 nəfər vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar.

Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

İstirahətə yola salınan əlilliyi olan şəxslər belə bir tədbirin təşkil olunmasından, ümumən sosial cəhətdən həssas əhali qruplarına cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.