CƏMİYYƏT


Astara gömrükçüləri tərəfindən 141 kiloqramdan çox heroin aşkar olunub

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi “DAF” markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin döşəməsindəki gizli yerdə narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsinin döşəməsinin altındakı gizli saxlanc yerlərindən xeyli miqdarda narkotik vasitə - ümumi çəkisi 141 kiloqram 156 qram olan heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.