Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Astaraçay” MMC beynəlxalq sertifikatlara layiq görülüb

Astara, 12 fevral, Bağır Əliyev, AZƏRTAC

“Astaraçay” MMC-nin ISO standartları üzrə beynəlxalq sertifikatlara layiq görülməsi münasibətilə fevralın 12-də çay emalı fabrikində mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Astaraçay” MMC-yə məxsus çay fabriki, muzey və çəltik sahələrinə baş çəkiblər.

Qonaqlara Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişaf tarixi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin cənub bölgəsində bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verilib.

Qeyd olunub ki, respublikamızda çayçılığın inkişafında daim mühüm rol oynamış Astara əməkçiləri bu gün də bu strateji sahənin zəngin ənənələrini davam etdirirlər.

“Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Kənd təsərrüfatının müxtəlif sahələri, ən əsası isə çayçılıqla məşğul olur. Ümumi əkin sahəsi 640 hektardır. Hazırda təsərrüfatda 400 hektara yaxın çay plantasiyası mövcuddur. Ötən il çay sahələrində nümunəvi yığım aparılaraq 177 ton yaşıl çay yarpağı yığılıb emal edilib. Sahələrdə müasir suvarma şəbəkəsi qurulub. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən gətirilib və yerli şəraitə uyğunlaşdırılıb.

Bildirilib ki, müəssisə əsasən çayçılıq üzrə ixtisaslaşsa da, Azərbaycanda kənd təsərrüfatının qədim sahələrindən olan çəltikçiliklə də məşğul olur. Ötən il ilk dəfə olaraq 100 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri azərbaycanlı mütəxəssislərlə birgə həyata keçiriblər. Yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan da istifadə edilib. Çəltik sahələrindən 366 ton məhsul toplanıb.

Bu il 120 hektara yaxın sahənin əkinə hazırlanması planlaşdırılır. Bunun üçün xüsusi texnika da alınıb. Eyni zamanda, gündəlik istehsal gücü 10 ton olan və 3 qurutma aqreqatı ilə təchiz olunmuş düyü dəyirmanı əsaslı təmir edilərək istismara verilib.

“Astaraçay” MMC-nin inşa etdiyi çay fabrikinin ərazisi və istehsal prosesi ilə tanışlıq zamanı məlumat verilib ki, fabrik Koreya Respublikası, Yaponiya və Almaniya şirkətlərinin layihəsi əsasında tikilib. 5 hektar əraziyə malik çay fabrikinin istehsal gücü gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 48 tona çatdırmaq nəzərdə tutulub.

Bildirilib ki, müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü müəssisədə çəkisi 100, 200, 250, 300, 400, 500 və 1000 qram olan çay bükümləri hazırlanır. Burada dəqiqədə 8 çay bükümünün istehsalı mümkündür.

Mərasim iştirakçıları MMC-nin ofis binası, “Çay muzeyi”, dequstasiya zalı və “Çay evi” ilə də tanış olublar.

SOCAR-ın nümayəndələrinin, iş adamlarının, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edən “Astara çay” MMC-nin direktoru Tələt Məmmədov bildirib ki, bu gün müəssisənin həyatında əlamətdar günlərdən biridir. “Astara çay” MMC Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Qeyd olunub ki, 2003-cü il iyunun 1-dən ölkəmiz dünyanın nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) tam hüquqlu üzvü seçilib. Azərbaycanın ISO-ya üzv qəbul olunması dünyanın inkişaf etmiş ölkələrinin milli standartlaşdırma təşkilatları ilə yaxından əməkdaşlıq etməyə, beynəlxalq standartların tətbiqinə və qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkanlar açıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında yerli şirkətlərin beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərərək, dünya miqyasında özünə layiqli yer tutması haqqında göstərişlərinə əsasən aparılan məqsədyönlü tədbirlər bu gün müsbət nəticələrini verməkdədir.

“Astaraçay” MMC-nin beynəlxalq şirkətə çevrilmək strategiyasının icrası istiqamətində qarşıda duran ən mühüm məsələlərdən biri ISO standartlarının müəssisədə uğurlu tətbiqinə nail olmaq və şirkətin gələcək fəaliyyətini bu standartların tələbləri səviyyəsində qurmaqdır.

Diqqətə çatdırılıb ki, qısa bir zaman ərzində “Astaraçay” MMC-də iş standartların tələbləri səviyyəsində qurulub, lazımi bütün növ sənədləşdirmə aparılıb, daxili audit prosesi həyata keçirilib. Görülən işlərin uyğunluğunu təsdiq etmək üçün Türk Standartlar İnstitutuna (TSE) müraciət olunub.

TSE tərəfindən keçirilən xarici audit zamanı ciddi kənarlaşma aşkar olunmadığı üçün “Astaraçay” MMC layiq olduğu sertifikatları əldə edib.

Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Səlim bəy Çələbi əlamətdar hadisə münasibətilə “Astaraçay” MMC-nin kollektivini təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, “Astaraçay” MMC-nin yeni istifadəyə verdiyi çay emalı fabriki son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi inkişafın daha bir bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, 2015-ci il aprelin 11-də Astara rayonuna növbəti səfəri çərçivəsində çay fabrikində görülən işlərlə tanış olan Prezident İlham Əliyev Azərbaycanda belə gözəl bir müəssisənin yaradılmasını yüksək qiymətləndirib.

Mərasimin sonunda tədbir iştirakçıları şirniyyat stolu ətrafında ətirli Astara çayının dadına baxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib