CƏMİYYƏT
Avqustda 195-2 Telefon Məlumat Mərkəzinə 600-ə yaxın müraciət daxil olub
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlərin sayı isə 27 minə çatıb.
Bu müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi nazirliyin səlahiyyətlərinə aid olan sualların operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.