SİYASƏT
Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlər qrupu MDB İcraiyyə Komitəsində olub
Minsk, 18 oktyabr, AZƏRTAC
Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlər qrupu tanışlıq məqsədilə MDB İcraiyyə Komitəsində olub. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilib.
Təhlükəsizlik, yeni çağırışlara və təhdidlərə qarşı müqavimət sahəsində əməkdaşlıq üzrə departament direktorunun müavini Nurlan Kurmanov ekspert missiyasının iştirakçılarını miqrasiya sahəsində əməkdaşlığın mövcud normativ-hüquqi bazası, sahə əməkdaşlığı üzrə profil orqanların fəaliyyəti, o cümlədən Miqrasiya Orqanları Rəhbərləri Şurası, Əmək üzrə Məsləhət Şurası, MDB-yə üzv ölkələrin miqrasiya və əhalinin sosial müdafiəsi Şurası barədə məlumatlandırıb. O, həmçinin Birlik məkanında qüvvədə olan konvensiyaların və digər beynəlxalq müqavilələrin həyata keçirilməsinin gedişi haqqında danışıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk