Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Avstraliya respublika ola bilərmi?

Avstraliya respublika ola bilərmi?

Kanberra, 9 fevral, AZƏRTAC 

Yeni ilin əvvəlindən başlayaraq Avstraliyanın respublika elan edilməsi məsələsi bu yaşıl kontinentin ictimai-siyasi həyatını silkələyən, yerli əhalini düşündürən əsas mövzulardan birinə çevrilib. Məlumat üçün xatırladaq ki, Avstraliya Britaniya ittifaqının tərkibinə daxildir və formal olaraq dövlətin başçısı Böyük Britaniyanın Kraliçası hesab edilir.

Xəbər verdiyimiz kimi, ənənəvi olaraq yanvarın 26-da qeyd olunan Avstraliya Günü ərəfəsində bütün ştatların və ərazilərin hökumət başçıları, o cümlədən hakim Liberallar və müxalifətdə olan Leyboristlər partiyalarının nümayəndələri Avstraliyanın respublika elan edilməsi üçün konstitusiyanın dəyişdirilməsi ilə əlaqədar pleybisit keçirilməsi barədə Baş nazirə açıq məktub ünvanlamışdılar. Buna əsas verən isə ötən ilin sentyabrında Baş nazir kürsüsünü qaytaran Malkolm Terbullun xələfi Toni Abbottun unudulmuş ənənələri bərpa etmək məqsədilə təsis etdiyi cəngavərlik institutunu ləğv etməsi olmuşdu. Son iki ildə sabiq Baş nazir Toni Abbott cəngavərlik institutunun bərpasına çalışaraq yeni ənənənin əsasını qoymağa səy göstərmişdi ki, bu həm də kral hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edən addım kimi qəbul olunmuşdu. Ləğv edilən qaydaya əsasən yanvar ayında, yeni ilin ilk günündə vətən qarşısında xüsusi xidmətlərinə görə bəzi vətəndaşlara fəxri cəngavər titulu verilirdi. Lakin bu ənənə uzun sürmədi. Ötən ilin sentyabrında T.Abbott istefaya göndərildikdən sonra yeni Baş nazir M.Terbull cəngavərlik institutunu ləğv etdi.

Hadisələrin belə dövran etməsi Avstraliyanın Britaniya taxt-tacından ayrılaraq respublika elan edilməsi tərəfdarlarını xeyli sevindirdi. Digər tərəfdən, hökumətə məhz ölkənin Britaniya taxt-tacından azad, respublika elan olunması hərəkatının rəhbəri M.Terbullun rəhbərlik etməsi də məsələnin tezliklə həllinə ümid verirdi. Lakin yaranmış vəziyyətə gözlənilməz münasibət bildirən Baş nazir belə dəyişikliyin vaxtının çatmadığını bildirdi: “İndi belə dəyişikliklərin vaxtı deyil. Siyasətçilərdən heç biri - nə ştatların baş nazirləri, nə də müxalifət liderləri Avstraliyanı respublika edə bilməzlər. Bunun üçün kütlələrin geniş hərəkatı lazımdır”.

Respublika quruluşunun tərəfdarlarının 1999-cu ildə keçirdiyi referendumu xatırladan Baş nazir həmin vaxt iştirakçıların 55 faizinin Böyük Britaniya Kraliçasının hakimiyyətinin qalmasına səs verdiklərini xatırladaraq əlavə edib: “Mən həmin vaxt respublika tərəfdarlarına başçılıq edirdim. Biz həmin vaxt qəhrəmancasına məğlubiyyətə uğradıq və mən baş verənləri təkrar etmək istəmirəm”.

Belə görünə bilər ki, ən yüksək səviyyədə məsələyə müvafiq münasibət bildirilməsi müzakirələrə nöqtə qoyar və bununla da iş bitərdi. Lakin “Newspoll” tədqiqat mərkəzinin bu günlərdə keçirdiyi sorğunun nəticələri müzakirələrin bitmədiyini və əksinə, daha da qızışdığını deməyə əsas verir. Sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının əksəriyyəti Avstraliyanın respublika elan edilməsi ideyasını dəstəkləyir.

Rəyi soruşulanların 51 faizi bildirib ki, Avstraliya respublika elan edilməlidir. Konstitusiyalı monarxiyanın və ya Böyük Britaniya Kraliçasının formal idarəçiliyinin qalması təklifini isə respondentlərin cəmi 37 faizi dəstəkləyib. Qalan 12 faiz isə mövqeyini açıqlamaqda çətinlik çəkdiyini deyib.

Sorğuda maraqlı məqamlardan biri avstraliyalı kişilərin daha çox hissəsinin Britaniya taxt-tacından azad, tam müstəqil respublika qurulması təklifini müdafiə etməsidir. Belə ki, kişilərin 57 faizi, qadınların isə cəmi 45 faizi respublika tərəfdarı olduqlarını bildiriblər. Digər maraqlı məqam isə 50-dən yuxarı yaşı olanların 18-34 yaşlı gənclərə nisbətən respublika ideyasını daha çox dəstəkləməsidir. Belə ki, birinci yaş qrupuna daxil olanların 54 faizi, gənclərin isə yalnız 46 faizi bu ideyanı dəstəklədiklərini bildiriblər.

“Newspoll”un əməkdaşları Avstraliyanın dövlət quruluşuna respondentlərin münasibətini aydınlaşdırarkən “Böyük Britaniyanın Kralı Kraliçanın oğlu şahzadə Çarlz Uelski olacaq” əlavəsini etdikdən sonra respondentlər arasında respublika ideyasını müdafiə edənlərin sayı artıb. Belə ki, onların 55 faizi respublika quruluşunun mövcudluğuna, cəmi 34 faizi isə monarxiyanın saxlanmasına tərəfdar olduqlarını bildiriblər.

Bir daha xatırladaq ki, Avstraliya Britaniya İttifaqının tərkibinə daxildir və formal olaraq dövlətin başçısı Böyük Britaniyanın Kraliçasıdır və onu general-qubernator təmsil edir.

Cari ildə Avstraliyada parlament seçkiləri keçiriləcək. Seçkilərin tarixi hələlik elan olunmasa da, icmalçıların böyük hissəsinin qənaətinə görə, hökumət risk edərək respublika ilə bağlı mübahisəni seçkiöncəsi kampaniyanın əsas elementlərindən birinə çevirmək istəmir. Bu, siyasi müxalifətin xeyrinə ola bilər.

“Newspoll”un keçirdiyi sorğunun nəticələri də bunu təsdiq edir. Belə ki, Britaniya taxt-tacından tam azad olmaq təklifini müxalif Leyboristlərin (59 faiz) və “Yaşıllar” Partiyasının (66 faiz) tərəfdarları hakim Liberal-Milli koalisiyanın tərəfdarlarına nisbətən (47 faiz) daha çox müdafiə ediblər.

Göründüyü kimi, qarşıdakı parlament seçkiləri Avstraliyada ənənəvi debatları ilə yox, həm də ölkə üçün həyati əhəmiyyətli məsələ ilə əlamətdar ola bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kanberra

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO