DÜNYA


Avstraliyada dünyanın ilk giqabitlik LTE-şəbəkəsi istifadəyə verilib

Bakı, 1 fevral, AZƏRTAC

Avstraliyanın ən böyük mobil rabitə operatoru olan “Telstra” dünyada 1000 Mbit/s-dək sürətdə məlumatların ötürülməsi imkanına malik ilk LTE-şəbəkəni istifadəyə verib. “Netgear Nighthawk M1” adlı yığcam “4G” marşrutlayıcı bu sürəti dəstəkləyən ilk qurğudur. Qurğuda 1 giqabitlik “Qualcomm X16” modemi istifadə olunur – yeni “Snapdragon 835” mobil prosessorunda analoji modem quraşdırılıb. “Netgear Nighthawk M1” qurğusu “Wi-Fi 802.11 ac” üzrə eyni anda 20 qurğuya qoşulmanı dəstəkləyir, daxili akkumulyatorun avtonom iş vaxtı 24 saatdır.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Telstra” şəbəkəsinin sınaq nümayişləri zamanı məlumatların yüklənmə sürəti təxminən 900 Mbit/s olub. Bu halda real şəraitdə göstəricilər müxtəlif amillərdən asılı olaraq dəyişə bilər. Qeyd edək ki, 2015-ci ildə məhz “Telstra” 600 Mbit/s-dək sürəti dəstəkləyən LTE-şəbəkəni işə salmış birinci operator olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.