CƏMİYYƏT


“Avto Akademiya” layihəsinə start verilir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, “NURGUN Motors” şirkəti, Xəzər-Qərb Tədris Mərkəzi və “RƏVAN” Sığorta şirkətinin birgə təşkilatçılığı ilə “Avto Akademiya” layihəsinə start verilir.

Layihə çərçivəsində həyata keçiriləcək nəzəri və praktiki təlimlərin əsas məqsədi gənclər arasında yol hərəkəti qaydaları anlayışının inkişaf etdirilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmaqdır.

Layihə iki qrup (hər qrupda on beş nəfər) olmaqla iki ay müddətində həm nəzəri həm də praktiki təlimləri əhatə edəcək. Praktiki təlimlər “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” sığorta şirkəti tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə keçiriləcək. Təlimlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılacaq. Layihənin sonunda gənclər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunan müstəqil imtahanlarda iştirak edəcəklər. İmtahanları uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunacaq.

“Avto Akademiya” layihəsinin iştirakçısı olmaq istəyən gənclər avqustun 11-dək elektron müraciət formasını doldurmalı və ikinci mərhələdə müsahibədə iştirak etməlidirlər. Layihənin iştirakçısı seçiləcək şəxslərin adları Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsində (https://www.facebook.com/BineqediGII/?fref=ts) yerləşdiriləcək.

“Avto Akademiya” layihəsinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi VIII qrant müsabiqəsinin qalibi Nərgiz Qurbanovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.