İQTİSADİYYAT


Avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Avqustun 12-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 112-ci kilometrində, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. “Dongfeng” markalı yük maşınının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək nəqliyyat vasitəsini yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 poqonmetr uzunluğunda dəmir tir sıradan çıxıb.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə, 3 min 600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.