CƏMİYYƏT


AzTU-nun 19 məzununa Müdafiə Sənayesi Nazirliyində işlə təmin olunmaları üçün təyinat verilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunmaları üçün bu ali təhsil müəssisəsinin rektoru, professor Havar Məmmədovun əmri ilə seçim komissiyası yaradılıb. Komissiyanın tərkibinə universitetin müəllimləri və Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri daxildirlər.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, komissiyanın iyulun 15-də keçirilən iclasında universitetin 19 məzununa Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunmaları üçün təyinat verilib. Həmin məzunlardan 10-u xüsusi texnika və texnologiya fakültəsinin magistr səviyyəsinə qəbul olunub. Bu fakültədə magistrantların dərsləri saat 18:00-da başlandığı üçün onların iş fəaliyyətlərində bununla bağlı çətinlik yaranmayacaq.

Qeyd edək ki, AzTU-nun xüsusi texnika və texnologiya fakültəsinin bu il 70 məzunu olub. Məzunların əksəriyyəti hərbi xidmətdə olduğu üçün onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin universitet və nazirlik hərbi xidmətlərini başa vurduqdan sonra həmin məzunlarla əlaqə yaratmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.