SİYASƏT
AzərTAc-ın saytının Çin dili versiyasının Pekində keçirilən təqdimatına yerli KİV-lər böyük maraq göstərib
Pekin, 18 dekabr, AZƏRTAC
Pekində AZƏRTAC-ın saytının Çin dili versiyasının təqdimatı və “Azərbaycan-Çin münasibətlərinə AZƏRTAC-ın fotoobyektivindən baxış” mövzusunda keçirilən fotosərgi yerli kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
Sinxua agentliyinin, Çin Mərkəzi Televiziyasının (CCTV), “Renmin Ribao” rəsmi qəzetinin, Çin Beynəlxalq Radiosunun, www.china.com.cn xəbər portalının əməkdaşları mərasimdən reportajlar hazırlayıblar.
Reportajlarda AZƏRTAC-ın Çin dilində xəbərlər yaymasının Çin ictimaiyyətinin Azərbaycan haqqında ilk mənbədən etibarlı xəbər əldə etmələri üçün yaxşı imkan olması qeyd edilir. Bundan başqa, AZƏRTAC-ın Çin dilindəki saytının fəaliyyətinin dost ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağı bildirilir.
Təqdimat barədə xəbərlərdə AZƏRTAC-ın yaranması, inkişaf yolu, hazırkı fəaliyyəti, habelə agentliyin beynəlxalq əlaqələri barədə faktlar əksini tapıb. Bildirilir ki, ölkənin rəsmi informasiya agentliyi olan AZƏRTAC 7 dildə xəbər yayır. Onun dünyanın 21 ölkəsində, o cümlədən Çində müxbir məntəqəsi fəaliyyət göstərir. AZƏRTAC-ın Sinxua da daxil olmaqla bir çox ölkələrin xəbər agentlikləri ilə əməkdaşlıq əlaqələri var.
Xəbərlərlə aşağıdakı linklərdə tanış olmaq mümkündür:
http://news.xinhuanet.com/world/2014-12/17/c_127313475.htm
http://gb.cri.cn/42071/2014/12/17/3245s4808179.htm
http://photo.china.com.cn/news/2014-12/17/content_34342367.htm
http://mp.weixin.qq.com/s? _biz=MjM5ODY3OTkyNg==&mid=202831933
&idx=6&sn=2a71e9d3d3e3ecb09b26356370691fcc&scene=1&from=singlemessage&isappinstalled=0#rd
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin