İQTİSADİYYAT


Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı müzakirə olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Böyük Britaniya parlamentinin üzvü lord David Evansın Azərbaycana səfəri çərçivəsində SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşü zamanı aparılıb. Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib.

Lord David Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini (referendum) izləmək məqsədilə müşahidəçi qismində ölkəmizə səfər etdiyini bildirib. Qeyd edib ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir, səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.