CƏMİYYƏT


“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

Bakı, 22 may, AZƏRTAC

Talassemiyalı xəstələrə dəstək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı dəmir yolu xəstəxanasında qanvermə aksiyası keçirir.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına kömək göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.