MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Filarmoniyasında “Musiqi çələngi”
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Musiqi çələngi” adlı konsert proqramı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert proqramı Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. AzTV-nin Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xorunun iştirakı ilə reallaşacaq konsertin dirijoru və bədii rəhbəri Əməkdar Artist Ramil Qasımovdur.
Gecədə respublikanın tanınmış ifaçılarının repertuarında yalnız Azərbaycanın görkəmli bəstəkarlarının musiqi əsərlərindən ibarət kompozisiyalar təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]