CƏMİYYƏT
Azərbaycan-Gürcüstan münasibətləri müstəvisində mənəvi əlaqələr müzakirə edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşündə ölkələrimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Azərbaycanın və Gürcüstanın qonşu, dost və qardaş ölkələr olduğu bildirildi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da inkişafının önəmi vurğulandı.
Səfir T. Şaraşenidze ölkələrimiz arasında dini-mənəvi sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.