SİYASƏT
Azərbaycan-İtaliya əməkdaşlığından məmnunluq ifadə olunub
Bakı, 6 iyul, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Kutillo ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir Giampaolo Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Giampaolo Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.