SİYASƏT


Azərbaycan-İtaliya əməkdaşlığının inkişaf səviyyəsindən məmnunluq ifadə olunub

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino Forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.