CƏMİYYƏT


Azərbaycan Prezidentinin son Sərəncamı “ASAN xidmət”in daha çox uğur qazanmasına təkan verəcək

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

“ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb. Hazırda ölkə üzrə 11 “ASAN xidmət” mərkəzində 2 minədək işçi çalışır. Buraya həm “ASAN xidmət”in, həm də digər dövlət orqanlarının əməkdaşları daxildir. Bundan əlavə, bu mərkəzlərdə 800-ə yaxın könüllü fəaliyyət göstərir. Prezident İlham Əliyevin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncam bu sahədə daha çox uğurun əldə olunmasına təkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib. O qeyd edib ki, “ASAN xidmət”də vətəndaşlara sevə-sevə xidmət göstərən öz işlərinin peşəkarları - könüllülər dövlətimizin başçısının son Sərəncamını böyük rəğbətlə qarşılayırlar.

Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyondan çox müraciət daxil olub. 2013-cü ildən isə “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Növbəti illərdə Şəki, Mingəçevir, Quba və İmişlidə regional “ASAN xidmət” mərkəzlərinin açılışı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.