CƏMİYYƏT


Azərbaycan Qızıl Aypara Cəmiyyəti uşaqları sevindirib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Gənclər Komitəsi, gənclər və könüllülər şöbəsi və AzQAC Binəqədi rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən 298 saylı uşaq bağçasında bayram tədbiri keçirilib.

Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə aztəminatlı ailələrdən olan 120 uşaq iştirak edib. Tədbiri giriş sözü ilə AzQAC-ın icraçı katibin müavini və gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açaraq, uşaqları bayram münasibətilə təbrik edib.

Uşaqlar üçün təşkil olunmuş əyləncəli proqram və intellektual oyunlardan sonra Qızıl Aypara Cəmiyyətinin adından uşaqlara hədiyyələr təqdim olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.