İDMAN


Azərbaycan “Rio-2016”da 27-ci pillədədir

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında üç günlük gərgin idman mübarizəsindən sonra 34 ölkənin atletləri medallara sahib ola biliblər.

AZƏRTAC xəbər verir ki, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 27-ci sırada qərarlaşıb.

Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə beş ölkə var - Danimarka, Fransa, Monqolustan, Filippin və Koreya Xalq Demokratik Respublikası.

Hazırda Olimpiadaya hesabında 5 qızıl, 7 gümüş və 7 bürünc medal olan ABŞ liderlik edir. Çin 5 qızıl, 3 gümüş, 5 bürünc medalla ikinci, Avstraliya 4 qızıl və 3 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu İtaliya (3-4-2), Yaponiya (3-0-7), Macarıstan (3-0-0), Rusiya (2-5-3), Koreya Respublikası (2-2-1), Tailand (2-1-1) və Böyük Britaniya (1-1-2) tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.