CƏMİYYƏT


Azərbaycan Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçusu ilə bağlı araşdırma aparılır

Bakı, 29 dekabr, AZƏRTAC

Dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısı alınarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma aparılır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.