MƏDƏNİYYƏT


Azərbaycan aşıqları beynəlxalq festivalda çıxış edəcəklər

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə sənətkarlarımız Xorvatiyada keçiriləcək beynəlxalq folklor musiqi festivalında çıxış edəcəklər.

Qurumun katibi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, iyulun 19-da yola düşəcək qrupa AAB-nin beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırova rəhbərlik edəcək.

Qrupda Şirvan aşıqlarından Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu təmsil olunur. Onları Qənimat Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət edəcək.

Aşıqlarımız iyulun 20-dən 24-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək 50-ci Beynəlxalq Folklor Festivalında iştirak edəcək, burada ayrı-ayrı proqramlarla 3 konsert verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.