CƏMİYYƏT


“Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.

İnşa yazı müsabiqəsinin qalibi Qaradağ rayonu 139 nömrəli orta məktəbin şagirdi Ləman Abdullayeva olub. Binəqədi rayonu 244 nömrəli orta məktəbin şagirdi Cəbrayıl Cəbrayılzadə ikinci, Nizami rayonu 10 nömrəli orta məktəbin yetirməsi Məhruba Abdullayeva isə üçüncü olublar.

Rəsm müsabiqəsində Nizami rayonu 201 saylı orta məktəbin şagirdi Nərmin Nadirova qalib adını qazanıb. Zeynəb Qafarova (Binəqədi rayonu 297 nömrəli orta məktəb) və Aysu Quliyeva (Səbail rayonu 6 nömrəli orta məktəb) ilk üçlüyü tamamlayıblar.

İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.