İDMAN
Azərbaycan güləşçiləri U-23 Avropa çempionatının ilk günündə üç medal qazanıblar VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbər görə, təmsilçilərmiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurublar. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) isə bürünc medala sahib olublar.
İkinci yarış günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışırlar. Bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini Elman Muxtarov (66 kq), Şəmistan Quluzadə (75 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qoruyurlar.
Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.