SİYASƏT
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın büro iclasının Ermənistanda keçirilməsinə etiraz edib
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı təşkilatın həmsədrlərinə və büro üzvlərinə etiraz məktubu ünvanlayıb.
Məktubda deyilir ki, Azərbaycan nümayəndə heyəti 2011-ci, 2012-ci və 2013-cü illərdə keçirilən büro iclaslarında davamlı şəkildə Avronest PA-da Ermənistanın həmsədrliyinə və təşkilatın növbəti sessiyalarının bu ölkədə keçirilməsinə qəti etirazını bildirib. Nümayəndə heyətimiz Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın sessiyalarının, büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bir daha bildirir.