CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Kəraçidə keçirilən “IDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etmək üçün Pakistan İslam Respublikasında səfərdə olub.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı nümayəndə heyəti “IDEAS-2016” sərgisində Pakistanın və sərgiyə qatılan digər ölkələrin nümayiş etdirdiyi yeni növ müdafiə təyinatlı məmulatları izləyib, onların yaradılması ilə bağlı məlumat əldə edib.

Pakistan Prezidenti Məmnun Hüseyn sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain və sərgiyə qatılan ölkələrin qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə mövcud əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə və yeni əlaqələrin yaradılmasına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.