CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti Tbilisidə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Gürcüstan paytaxtında Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.