SİYASƏT


“Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Hərbi Dəniz Qüvvələrində “Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrinin zabiti, 1-ci dərəcəli kapitan Natiq Bağırov çıxış edərək Azərbaycan qadınının zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutduğunu qeyd edib. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş qadınlarımızın xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə töhfələrini veriblər.

Tədbir iştirakçıları diqqətə çatdırıblar ki, birinci Qarabağ müharibəsində də qadınlar döyüşlərdə iştirak edib, yaralılara xidmət göstərib, müxtəlif vəzifələrdə çalışıblar. Onlar nümunəvi xidmətlərinə görə ordenlər, medallar və fəxri fərmanlarla təltif ediliblər.

Qeyd edilib ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar nəticəsində qadınlar hazırda hərbi xidmətə daha çox cəlb olunub. Bu gün müxtəlif qurumlarda, xüsusilə də Hərbi Dəniz Qüvvələrində müxtəlif peşələrdə çalışan qadınlar fədakarlıqları ilə hər kəsə nümunədirlər.

Sonra matros Çinarə Rzayeva çıxış edərək qadın hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.