İDMAN
Azərbaycan taekvondoçusu Rusiyada keçirilən Avropa çempionatında gümüş medala layiq görülüb
Bakı, 29 mart, AZƏRTAC
Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə ilk dəfə Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi 4 çəki dərəcəsində 7 taekvondoçu təmsil edib. İdmançılarımız mübarizəyə baş məşqçisi Reza Mehmandoust Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə qatılıblar. Təmsilçilərimizdən Radik İsayev (80 kq) qızıl medal uğrunda həlledici döyüşdə Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala layiq görülüb.
Reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq olaraq 10, 6 və 3,6 xal toplayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:41]
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
- 10.05.2024 [16:25]
Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq
- 10.05.2024 [14:43]
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq
- 10.05.2024 [13:13]
Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb
- 10.05.2024 [12:54]