CƏMİYYƏT


Azərbaycan tələbə gənclərinin nümayəndələri Minskdə beynəlxalq forumda iştirak ediblər

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Hüseyn İsmayılov və Həşim Mehdiyev Belarusun paytaxtı Minskdə keçirilən “Gənclik: İnteqrasiya və inkişaf” forumunda iştirak ediblər.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, Belarus Təhsil Nazirliyinin və Belarus Dövlət Universitetinin dəstəyi, həmin təhsil ocağının Tələbə Assambleyasının təşkilatçılığı ilə keçirilən foruma 14 ölkədən 130-dək gənc qatılıb.

Forumda müxtəlif mövzular ətrafında keçirilən 7 bölmə iclasında fəal iştirak edən gənclərimiz Azərbaycanda insan kapitalının inkişafı, gənclər siyasəti və könüllülük hərəkatı barədə məlumat veriblər. ATGTİ-nin nümayəndələri, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və ATGTİ-nin fəaliyyətindən danışıblar. Həmçinin Azərbaycanda keçirilən “Bakı-2015” birinci Avropa Oyunları və bu mühüm tədbirdə könüllülərin oynadığı fəal rol barədə də ətraflı fikir mübadiləsi aparılıb. Bundan başqa, forum iştirakçılarına birinci Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən gənclərə verilmiş “Könüllülük pasportu” nümayiş etdirilib.

Forumun bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin birgə layihəsi olan “İşıqlı həyat” layihəsi çərçivəsində hazırlanan işıq qaytarıcıları hədiyyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.