İDMAN
Azərbaycan triatlonçusu Rostislav Pevtsov açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Mərakeşin Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz 44 idmançının mübarizə apardığı yarışda 57 dəqiqə 28 saniyə nəticə göstərərək Afrika kubokunun qalibi olub. R.Pevtsov yarış zamanı ona ən yaxın olan fransalı Maksim Нüber-Müsbrügerı 1 saniyə qabaqlayıb.
Qadınların mübarizəsində isə komandamızın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə altıncı olub.
Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.
Qeyd edək ki, R.Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında da birinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]
“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub
- 10.05.2024 [17:17]