İQTİSADİYYAT


Azərbaycan turizm sektorunda yenilik!

A+ A

Bakı, 17 fevral, AZƏRTAC

Son illərdə ölkə siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilmiş və iqtisadiyyatımızın aparıcı sektorlarından biri olan turizm sahəsinə bir yenilik də “Terra Travel” turizm şirkəti tərəfindən gəldi.

Şirkətin yenicə istifadəyə vermiş olduğu www.terratravel.az internet səhifəsi funksionallığı və istifadəçi rahatlığı ilə Azərbaycan turizm bazarına bir yenilik gətirib. Səhifənin ərsəyə gətirilməsi üçün uzun zaman sərf olunduğunu bildirən şirkətin direktoru Sevil Vələdova AZƏRTAC-a bildirib ki, əsas məqsədləri müştərilərinə daha yaxşı xidmət təklif etmək və bazara innovativ bir yenilik gətirməkdir. Buna görə də müştəri istəklərini və turizm bazarının xüsusiyyətlərini uzun müddət araşdıran şirkət belə bir sayt hazırlamaq qərarına gəlib.

İstifadəçilərin maksimum rahatlığını hədəfləyən sayta daxil olan müştərilərə qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaratma imkanı verilir. Müştəriləri şəxsi kabinetlərində sifariş tarixçələrini, eləcə də öz maraqlandıqları istiqamətlər və istəklərinə uyğun turların elanlarını görmək imkanları da gözləyir. Sayt vasitəsilə öz CRM (müştəri əlaqələrinin idarəedilməsi) sistemini daha da gücləndirməyi hədəfləyən şirkət, davamlı və sadiq müştəriləri üçün xüsusi endirimlər düşünüb.

Şirkətin direktoru bildirib ki, hələlik saytın sadəcə "Turlar" bölməsi aktiv olsa da, çox yaxında "Otellər" və "Transferlər" bölmələri də istifadəyə veriləcək. Sayt üçün nəzərdə tutulan funksiyalardan biri də, qeydiyyatdan keçmiş müştərilərin öz səyahət təcrübələrini bir-biri ilə bölüşə biləcəkləri forumun yaradılmasıdır. Müsahibimiz hazırda Türkiyə istiqamətində erkən rezervasiya turları üçün mart ayının sonunadək 30-50 faiz endirimlər olduğunu xatırladır və hamını www.terratravel.az saytını ziyarət etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.