CƏMİYYƏT


Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrailin Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib.

Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.