CƏMİYYƏT


Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının İdman Nazirliyinin və Gənclər Diplomatiyası Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda olublar.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri V.Niftəliyeva nümayəndə heyətinə Fondun yaranma tarixi, fəaliyyəti barədə məlumat verib. Həmçinin qurumun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr də qonaqların diqqətinə çatdırılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.