CƏMİYYƏT
Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlandı
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 14-19, gündüzlər 25-30, bəzi günlərdə 32-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox (norma 86-130 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-28, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 12-17, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər çox (norma 18-179 mm) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.