CƏMİYYƏT


Azərbaycanın İstanbuldakı baş konsulluğunda ziyalılarla görüş olub VİDEO

A+ A

İstanbul, 29 oktyabr, AZƏRTAC 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə İstanbuldakı baş konsulluğumuzda bu şəhərdə yaşayan və çalışan bir qrup ziyalı vətəndaşımız ilə görüş keçirilib.

Əvvəlcə baş konsul Məsim Hacıyev Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyimizin bərpası yolunda keçdiyimiz mübarizə yolu, ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində qazanılan uğurlar, ölkəmizin sosial-iqtisadi inkişafı, ziyalılara göstərilən dövlət qayğısı, Vətənimizin hərtərəfli təbliği üçün qarşıda duran vəzifələr və s. məsələlərə dair fikirlərini bölüşüb.

Sonra baş konsul Türkiyə ali məktəblərində təhsil alan Azərbaycan gənclərinə dair məsələlərin həlli, ölkəmizin təbliğ olunmasında ziyalıların üzərinə düşən vəzifələr, baş konsulluğun əhatə dairəsində ölkəmizi təmsil edən vətəndaşlarımız arasında əlaqələrin qurulması və digər məqamlara dair sualları cavablandırıb.

Çıxışlarda qeyd olunub ki, xalqımızın ümummilli sərvəti olan dövlət müstəqilliyimiz hər bir vətənpərvər azərbaycanlı üçün qürur mənbəyidir. Müstəqilliyimizin qorunması, inkişafı, təbliği məsələlərində hər bir azərbaycanlının, o cümlədən bütün ziyalıların fəallıq göstərməsi vacib və əhəmiyyətlidir.

Görüş salonunda sərgilənən Azərbaycanın tarixini və mədəniyyətini, respublikamızın müasir inkişafını, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrini əks etdirən kitab və jurnallar iştirakçılara hədiyyə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.