İDMAN
Azərbaycanın U-17 komandasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb
AZƏRTAC xəbər verir ki, hazırlıqdan sonra millimiz oktyabrın 10-dan 17-dək Macarıstanda Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
Artıq millimizin heyəti müəyyənləşib. Heyətdə Günay İsmayılova (“Fidan”), Nərmin Rəhmanova (“Səbayıl”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Zəhra İnceoğlu (“FFC. Frakfurt”, Almaniya), Adelina Nəziri (“Vfl Bochum”), Alina Miçaelis (“Eintracht”, Almaniya), Roza Quliyeva (“Səbayıl”), Sanay Fətullayeva (“Səbayıl”), Vüsalə Hacıyeva (“Tovuz”), Manə Mollayeva (“Zaqatala”), Çağla Miray Kanpara (“Lubars”), Kristina Bakarandze (“Zaqatala”), Firəngiz Teymurova (“Səbayıl”), Nərmin İsmayılova (“Səbayıl”), Merve Özdemir (“Eintracht”), Ana Romançuki (“Zaqatala”), Diana Məmmədova (“Yenisey”), Ceylan Əmirəliyeva (“Səbayıl”) və Dilge Uyğun (“FFC. Frakfurt”) yer alıblar.
Futbolçularımız seçmə mərhələ çərçivəsində oktyabrın 11-də İsveçrə, iki gün sonra Macarıstan, oktyabrın 16-da isə Portuqaliya yığmaları ilə qarşılaşacaqlar.