İDMAN


Azərbaycanın U-17 millisi beynəlxalq turnirdə ilk oyununu keçirib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, İranın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.