MƏDƏNİYYƏT
Azərbaycanın dirçəlməkdə olan Şən və Hazırcavablar Klubunun tarixində ən uğurlu il VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Bu il Azərbaycanın dirçəlməkdə olan Şən və Hazırcavablar Klubu üçün (ŞHK) ən uğurlu il olub. ŞHK-nın Azərbaycan liqasının oyunlarının ikinci mövsümü başlayıb, bir sıra yerli komandalar televiziya liqalarının oyunlarında iştirak etmək hüququ uğrunda Beynəlxalq ŞHK İttifaqının mərkəzi liqalarında mübarizəyə başlayıblar. Hazırda ən populyar komandamızın - “Bakı yığması”nın Aleksandr Maslyukovun aparıcılıq etdiyi ŞHK Premyer-Liqasında iştirak etməsi ən böyük nailiyyətidir.
“Bakı yığması” komandasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və onun sədri Leyla Əliyevanın dəstəyi ilə mümkün olub.
ŞHK-çılarımızın çıxışına baxmağa macal tapmayanlar bu linkə daxil olub, Premyer-Liqanın 1/8 final mərhələsinin ikinci oyununda “Bakı yığması” komandasının uğurlu çıxışına tamaşa edə bilərlər: https://www.youtube.com/watch?v=YMzs7M5zA8w&feature=youtu.be