İDMAN


Azərbaycanın gənc və yeniyetmə taekvandoçulardan ibarət yığmaları beynəlxalq turnirdə 17 medal qazanıblar

Bakı, 5 iyun, AZƏRTAC

Avstriyanın İnsbruk şəhərində keçirilən taekvando üzrə açıq birincilik başa çatıb.

AZƏRTAC xəbər verir ki, G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirində uğurlu çıxış edən Azərbaycanın gənc və yeniyetmə yığma komandaları on yeddi medal qazanıb. Bu medalların 11-ni gənc millimiz, 6-nı yeniyetmə idmançılarımız əldə ediblər.

Gənclərdən ibarət milli komandamızın üzvlərindən Məhəmməd Əlizadə (48 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bəhruz Quluzadə (45 kq) və Mehriban Məmmədova (44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurublar.

Xanoğlan Kərimov (48 kq), Mehdi Tağıyev (78 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qənbərli (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyeva (55 kq) yarımfinal mərhələsində məğlub olaraq bürünc medala layiq görülüblər.

Yeniyetmə millimizin heyətində Yaşar Məmmədli (45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Riyad Şirəliyev (41 kq) və İlahə Quluzadə (59 kq) finaladək inamla irəliləsə də həlledici döyüşdə rəqib keçilməz olub. Digər taekvandoçulardan Nihad Əlizadə (33 kq), İsmayıl İsmayılov (41 kq) və Ofeliya Allahverdiyeva (41 kq) bürünc medalla kifayətləniblər.

Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil edib. Milli komandalarımız iyunun 6-da Vətənə qayıdacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.