CƏMİYYƏT
Azərbaycan ilə İran arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Kəmaləddin Heydərov bildirib ki, son zamanlar Azərbaycan ilə İran arasında əlaqələr Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin görüşlərindən sonra yeni vüsət alıb: “Bizim əsas vəzifəmiz dövlətlərimizin başçılarının qarşıya qoyduqları məsələləri uğurla həyata keçirməkdir”.
Qonaq iki dost və qonşu ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.