İQTİSADİYYAT


“Azercell”dən rominqdə olanlar üçün endirimli vahid qiymət

Bakı, 2 avqust, AZƏRTAC 

“Azercell Telekom” yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sərfəli rominq qiymətlərini təklif edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azercell” abunəçiləri rominq xidməti çərçivəsində vahid endirimli tariflə ünsiyyət saxlaya biləcəyi ölkələrin siyahısı daha da artıb. (Cədvəl)

Rominqdə olan “Azercell” Fakturalı və Fakturasız xətt (“SimSim”) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. “Azercell” həmçinin fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün “Azercell” abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. “SimSim” abunəçilərinə rominq xidmətini aktiv etmək üçün mobil telefondan *135*1#YES kodunu yığmaq, Fakturalı xətt abunəçilərinə isə 8808-ə “START” sözünü yazıb göndərmək kifayət edir.

“Azercell” rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.