Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərikimya” İB-nin buxar-generator kompleksinin istifadəyə verilməsinin 15 ili tamam olur

Sumqayıtın kimya sənayesinin inkişafında və etibarlı enerji təminatında ulu öndər Heydər Əliyevin rolu

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 7-də xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti üzrə kreditlə Yaponiyadan Sumqayıtın kimya sənayesi üçün alınmış unikal enerji kompleksinin - buxar-generator qurğusunun istismara verilməsinin 15 ili tamam olur.

AZƏRTAC ulu öndər Heydər Əliyevin Azərbaycan kimya sənayesinin inkişafındakı xidmətləri ilə bağlı SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin qeydlərini təqdim edir.

Xalqımızın müdrik oğlu, dahi siyasətçi Heydər Əliyev Azərbaycanın rəhbəri təyin olunduğu 1969-cu ildə hələ cəmi 20 yaşı olan gənc Sumqayıtın bütün sonrakı sürətli inkişafı, sənaye potensialının ildən-ilə güclənməsi, sosial-mədəni həyatının yüksəlişi məhz Ulu Öndərin uzaqgörənliyinin və uğurlu iqtisadi siyasətinin sayəsində mümkün olub.

Respublikaya rəhbərliyinin ilk günlərindən başlayaraq, bütün səy və qüvvəsini, yüksək təşkilatçılıq istedadını ölkəmizin bütün sahələrdə hərtərəfli və sürətli inkişafına, xalqın həyat səviyyəsinin durmadan yüksəlməsinə sərf edən Heydər Əliyev Azərbaycanı aqrar ölkədən daha çox dinamik inkişaf edən sənaye ölkəsinə çevirməyi qarşısına başlıca məqsəd kimi qoymuşdu. O, iri neft şəhəri kimi məşhur olan Bakı ilə yanaşı, Sumqayıtın da Azərbaycanın müasir kimya şəhəri kimi bütün dünyada tanınması üçün ölkə sənayesinin mühüm strateji sahələrindən olan neft-kimyanın daha geniş inkişafı üçün mühüm tədbirlər həyata keçirməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə o zaman respublikanın sənaye xəritəsinə bir-birinin ardınca daxil olan yeni kimya müəssisələri təkcə Azərbaycanın deyil, bütövlükdə Zaqafqaziya iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Sumqayıt kimya sənayesinin əsaslı şəkildə yenidən qurulub müasirləşdirilməsi 1970-сi ildən başlayaraq daha geniş vüsət aldı. Qısa müddət ərzində respublikada mineral gübrələrin, kauçuk və sulfanolun, plastik kütlələrin, sintetik qətranın istehsalı 90 faiz, sulfat turşusunun istehsal həсmi 3, məişət kimyası mallarının buraxılışı isə 2 dəfə artdı.

Ölkənin neft-kimya sənayesinin ilk müəssisələrindən sayılan Sumqayıt Sintetik Kauçuk zavodunun yüksəliş dövrü məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin şəxsi təşəbbüsü nətiсəsində müəssisədə ölkənin iqtisadi potensialının artmasında çox böyük əhəmiyyəti olan bir sıra yeni istehsal sahələri yaradıldı. 1971-сi ildə illik istehsal güсü 15 min tona çatan butil-kauçuk sexi işə salındı və zavod keçmiş SSRİ-də butil-kauçukun xüsusi markalarını istehsal edən ilk və yeganə müəssisə oldu. Beləliklə də həmin növ kauçukun xariсdən valyuta ilə alınmasına son qoyuldu. 1974-сü ildə yeni, yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurularaq istehsal güсünün ildə 120 min tona çatdırılması ilə Bakı Şin zavodunu yerli xammalla təсhiz etmək mümkün oldu və bunun sayəsində minik və iri yük avtomobilləri, kənd təsərrüfatı maşınları üçün şin istehsalı xətti işə salındı.

Ulu öndərin bilavasitə təşəbbüsü ilə Sumqayıt “Üzvi sintez” zavodunda da həmin illərdə bir çox yeni istehsalat sahələri istismara verildi. İngiltərədən alınmış kompleks qurğu əsasında yüksək təzyiqli ilk polietilen istehsalatı işə salındı ki, həmin texnoloji xətdə polietilenin, digər bir sexdə isə epoksid qətranının alınması ilə Azərbayсanın kimya sənayesinin inkişafında yeni bir mərhələ - polimer məhsulların istehsalı başlanıldı. Məhz o dövr üçün yeni və müasir sayılan həmin istehsalatlar sayəsində müəssisə 70-сi illərdə sürətli yüksəlişə, böyük uğurlara nail oldu.

Heydər Əliyev neft-kimya sənayesinin texniki-istehsal bazasının ardıсıl olaraq gücləndirilməsi və əsaslı surətdə müasirləşdirilməsi, ölkənin kimya kompleksinin yeni keyfiyyət pilləsinə qaldırılması məqsədilə ötən əsrin 70-сi illərinin sonlarından başlayaraq, Sumqayıtda daha bir yeni və unikal texnoloji kompleksin - ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik, qiymətli kimyəvi məhsullar olan etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş “EP-300” qurğusunun inşasına nail olmağa çalışırdı. Amma layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin kompleksin əldə edilməsi və səmərəli istismarı üçün xeyli vəsait tələb olunurdu ki, bununla bağlı respublika rəhbərliyi dəfələrlə Moskvaya müvafiq təkliflərlə müraciət etmişdi. Heydər Əliyev özünəməxsus uzaqgörənliklə həmin kompleksin respublikamızın iqtisadiyyatı üçün böyük əhəmiyyətə və perspektivə malik olduğunu yaxşı bilirdi. Həmin unikal kompleks Azərbaycan üçün ona görə qiymətli və daha münasib idi ki, həmin qurğuda texnoloji proseslərin yerli xammal - Bakı neft emalı zavodunun karbohidrogen məhsulları, quru qazlar əsasında aparılması nəzərdə tutulurdu. Lakin SSRİ-nin bəzi səlahiyyətli nümayəndələri həmin qurğunun Azərbayсana verilməsinə hər vəchlə maneçilik törədir, onun Rusiyada və ya Ukraynada inşa edilməsinə çalışırdılar. Yalnız Heydər Əliyevin Kremldə böyük nüfuza malik olması, prinsipiallığı və qətiyyəti sayəsində “EP-300”ün Sumqayıtda inşasına razılıq əldə edildi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək, Sumqayıtda tikintisinə başlanılması Heydər Əliyev dühasının, onun müdrik siyasətinin daha bir təntənəsi idi.

Azərbaycanın neft-kimya sənayesinin potensialını daha da artıran yeni qurğu istismara verildikdən sonra qiymətli kimya məhsullarının - etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan və digər məhsulların istehsalına başlanıldı. Etilen-polietilen zavodu “EP-300” qurğusunun sayəsində və bu gün də dünya bazarında tələbatın yüksək olduğu qiymətli kimyəvi məhsullar istehsal edir.

Həmin kompleksin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da alınıb respublikaya gətirilməsi və inşası da məhz Ulu Öndərin rəhbərliyi və dəstəyi ilə mümkün oldu. Kimya sahəsində mütərəqqi texnologiyalar əsasında yaradılaraq, avadanlığı Almaniya və Çexoslovakiyadan alınmış, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması yeni polimer məhsulların - polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına güclü təkan verdi.

Dahi rəhbərin uzaq perspektivi nəzərə alaraq, on illər əvvəl inşasına nail olduğu etilen və polietilen istehsalı kompleksləri - “EP-300” və “Polimir-120” qurğuları ölkəmizin neft-kimya sənayesi tarixində o zaman bir çox müttəfiq respublikaların arzusunda olduqları böyük və mühüm bir nailiyyət kimi yer alırdı.

Özünün yüksək idarəçilik, təşkilatçılıq istedadı, prinsipiallığı və ədalətli olması, səmimiliyi və qayğıkeşliyi ilə sadə insanların böyük hörmət və rəğbətini qazanmış Heydər Əliyev 1993-cü ilin iyununda xalqımızın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanması, qabaqcıl ölkələr sırasına çıxması, dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsi üçün səylə, yorulmadan çalışırdı.

Ulu Öndər ölkədə yaranmış siyasi xaosu aradan qaldırdıqdan bir il sonra - 1994-сü il sentyabrın 20-də dünyanın bir çox aparıсı neft şirkətləri ilə beynəlxalq neft sazişinin - ölkəmizə böyük gələcək vəd edən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu ki, bu da Azərbayсanın qarşısında yeni perspektivlər açdı. Bununla belə, hələ qarşıda böyük çətinliklər vardı. Respublikanın energetika kompleksi sənayenin müxtəlif sahələrinin elektrik enerjisinə olan tələbatını ödəyə bilmirdi. Bu səbəbdən Sumqayıtın da neft-kimya sənayesində acınacaqlı vəziyyət yaranmışdı - şəhərin kimya müəssisələri xammal çatışmazlığı ilə yanaşı, həm də ağır enerji böhranı ilə də üzləşmişdi. Belə ki, Sumqayıtı və onun müəssisələrini elektrik və istilik enerjisi ilə təmin edən 1 və 2 nömrəli istilik-elektrik stansiyalarının avadanlıqları yarım əsrdən artıq istismarda olduqlarından həm fiziki, həm də mənəvi baxımdan köhnəlmişdi. Qəfil enerji kəsintiləri ucbatından fasiləsiz texnologiya üzrə işləyən istehsalat sahələrində qəzalar, boşdayanmalar baş verir, texnoloji proses pozulurdu.

Ulu öndər yaranmış enerji böhranının davam edəcəyi təqdirdə daha ağır nəticələrin ortaya çıxacağını bildiyindən Sumqayıtın neft-kimya müəssisələri üçün müstəqil istilik-elektrik mərkəzinin yaradılmasını vacib hesab edərək uzun araşdırmalardan sonra belə bir enerji kompleksinin dünyanın ən mütərəqqi texnologiyalarının yaradıldığı Yaponiyadan alınmasına qərar verdi. Çox keçmədən qurğunun hazırlanması üçün Yaponiyanın nüfuzlu “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətləri ilə müvafiq sənədlər və niyyət protokolu imzalandı.

Azərbaycanın böyük nüfuza malik rəhbərinə xüsusi ehtiram əlaməti olaraq elmin son nailiyyətləri və yeni texnologiyalar əsasında yaradılmış həmin unikal, çox geniş həcmə malik enerji kompleksinin avadanlıqları bir il keçmədən Sumqayıta gətirildi. 1999-cu il martın 24-də “Sintezkauçuk” zavodunun ərazisində Ulu Öndərin və yapon şirkətləri rəhbərlərinin iştirakı ilə qurğunun təntənəli təməlqoyma mərasimi keçirildi. İki ildən sonra isə kimyaçıların və yapon mütəxəssislərinin ciddi səyləri və gərgin əməyi sayəsində mobil enerji kompleksinin inşası başa çatdırıldı. Dahi rəhbər 2001-ci il iyulun 7-də qurğunun açılışında iştirak etmək üçün Sumqayıta gəldi, təntənəli açılış mərasimində çıxış edərək dedi: “Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar. Mən bu gün sizin hamınızı müstəqil Azərbaycanın həyatında əlamətdar bir hadisə - buxar-generator qurğusunun açılışı münasibətilə ürəkdən təbrik edirəm və bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə və sizin hamınıza yeni-yeni uğurlar arzulayıram”.

Kimyaçılarımız hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək, səmimiyyətlə deyirlər: əgər o vaxt buxar-generator kompleksi inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesinin enerji böhranından çıxması çətin ki mümkün olardı. Bu gün ölkəmizin kimya sənayesi üç etibarlı və möhtəşəm təməl üzərində yüksəlməkdə, inkişaf etməkdədir. Bunlar “EP-300”, “Polimir-120” texnoloji kompleksləri və istismara verilməsinin 15 ili tamam olan buxar-generator kompleksidir. Hər üç təməl Azərbaycana 34 illik rəhbərliyi dövründə Sumqayıta hər gəlişi ilə gənclik şəhərində yeni müəssisələrin, istehsal sahələrinin yaradılmasına, mühüm sosial-mədəni obyektlərin inşasına təkan vermiş ulu öndər Heydər Əliyevin ölkə kimyaçılarına böyük töhfəsi, qiymətli hədiyyəsidir.

Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin Sumqayıta və sumqayıtlılara, o cümlədən kimya sənayesinə göstərdiyi diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin timsalında bu gün daha möhtəşəm şəkildə davam etdirilir. Dövlətimizin başçısının son iki ildə 7 dəfə Sumqayıta səfər etməsi və bu səfərlərin çox mühüm əhəmiyyət daşıyan təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması bunun sübutudur. Sumqayıtda yeni, dünya standartlarına uyğun istehsal sahələrinin yaradılması, texnologiya və kimya sənaye parklarının inşa olunması, kimya sənayesinin yenidən qurulması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması, əməkçilərin iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, şəhərin ekologiyasının saflaşdırılması, insanların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili bunu deməyə əsas verir ki, yaxın illər ərzində Sumqayıt ən gözəl şəhərlərdən birinə çevriləcək. Sumqayıt kimyaçıları da gələcəkdə daha böyük nailiyyətlər əldə etməklə, ölkə iqtisadiyyatının inkişafına yeni töhfələr verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib