İQTİSADİYYAT


“Azərişıq”: Novruz Bayramı günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq

Bakı, 17 mart, AZƏRTAC 

Novruz Bayramı günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC bayram günlərində ehtiyat tədbirlərini gücləndirəcək. Bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.

Elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199 – çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti dayandırılması da təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.