DÜNYA


“Baker Hughes”: ABŞ-dakı aktiv neft-qaz quyuları 659-a düşüb

Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 6 ədəd azalaraq 659-a düşüb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 522, qaz quyularının sayı bir ədəd artaraq 136, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd, qaz quyularının sayı bir ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 9 ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.