İDMAN
“Bakı-2017”: Stolüstü tennis üzrə fərdi yarışların dörddəbir finalçıları müəyyənləşib
Bakı, 17 may, Bəhruz Vəliyev, Xanım Nağıyeva AZƏRTAC
Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının stolüstü tennis yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışların birinci günündə qadın və kişi idmançıların fərdi mübarizəsində 1/16 və 1/8 final görüşləri keçirilib, dörddəbir finalçılar müəyyənləşib.
Kişilərin yarışında dörddəbir finalda Li Pinq (Qətər) - Olajide Omotayo (Nigeriya), Batuhan Ulucak (Türkiyə) - Darunk Alamiyan (İran), Ahmed Li (Türkiyə) - Əli Əl-Xədrəvi (Səudiyyə Ərəbistanı) və Xinhanq Yu (Azərbaycan) - Deronk Alamiyan (İran) görüşləri keçiriləcək.
Qadınların yarışında isə dörddəbir finalda Mələk Hu (Türkiyə) - Rahilə Kaşif (Pakistan), Məryəm Samet (İran) - Miao Vanq (Azərbaycan), Nedə Şahsavari (İran) - Özgə Yılmaz (Türkiyə) və Diana Assi (Fələstin) - Zinq Ninq (Azərbaycan) qarşılaşmaları oynanılacaq.